NEYLƏSİN?
Papaq başımızda əyri durursa,
Günah papaqdadı, bu baş neyləsin? Müxənnət əliylə daş atılırsa, Yarmasın başları, bu daş neyləsin? Verilən əzaba dözürüksə biz, Yalanı mənasız yozuruqsa biz, Haqqı əlimizlə pozuruqsa biz, Axmasın gözlərdən bu yaş, neyləsin? Yaramaz kəllədə baş duracaqsa, Səbir kasamızı daşdıracaqsa, Başdakı milləti çaşdıracaqsa, Yolu tərs gedəcək bu çaş, neyləsin? |