0
Yorum
3
Beğeni
5,0
Puan
87
Okunma
Altı təzək, üstü bəzək dövlətim,
Altı təzəydən də təzək dövlətim.
Xalqına heç vaxtı dəyər verməyən,
Sərvəti yığmaqda zirək dövlətim.
Vergi yığıb millətə zillət verən,
Qarə bulud, qarə fələk dövlətim.
Xalqını soyduqca soyub doymayan,
Nəfsinin üstündə hələk dövlətim.
Hər dəyəri düşdü gözümdən o gün,
Millətə vurduqda kötək, dövlətim!
Yaşlı, cavan baxmamısan əzmisən,
Eybini örtərmi ələk, dövlətim?!
Səbr ilə Allah dayanıb seyr edər,
Görmədi ondan dəyənək, dövlətim!
Hər aşığın dövranı var, görmüşük,
Qalmayacaqsan belə tək dövlətim!
İsmayılın taxtına Nadir keçib,
Kim alacaq taxtı görək, dövlətim!
Tariximiz bir gün təkərrür edər,
Gəlməsin əş’arım hənək, dövlətim!
Müəllif: Anar Əhəd
5.0
100% (2)