Bir Damla Gözyaşı Alıb Gəlmişəm!
Bilməm necə çıkılmalı hüzura?
Hayalən seyrinə dalıb gəlmişəm! Cümlə cahan gəlməz olsun umura Mən səni könlümə salıb gəlmişəm! Hələ ki vüslat yok, gəlməz əcəlim, Ancaq dualarla sənə yüksəlim, Başqa nəyim var ki, nəyimlə gəlim!? Bir damla göz yaşı alıb gəlmişəm! Mənzil uzaq, yüküm ağır, yol çətin. Oğulsansa haqq yolunda dur mətin! Boynu bükük, yetim qalan ümmətin, Fəryadıyla qanad çalıb gəlmişəm! Can fəda yoluna, olarsa icab! Qəbul et ki duam olsun müstəcəb! Sevgindənmi, haşyətindənmi əcəb, Üzülmüşəm, rəngim solub gəlmişəm! Şeytan durub haqqa sədd-suvağ çəkir, Məzalim, haqqsızlıq mənə dağ çəkir, Könlümdən dəli bir ağlamaq keçir, Bulud kimi dolub-dolub gəlmişəm! |
Anlaşılır ve şiire yakışan dil.
Azerbaycan'da Türk hece şiirine çok yakınlık var. Oldukça başarılısınız.
Təbrik ədirəm.