Kurbet
Yenə sarıb məni həsrət dumanı,
Nə vaktacan köksüm dağlarsan qürbət?! Özlədim vətəni, eli, obanı Niye yollarımı bağlarsan qürbət?! Saldın hayalına ötən çağların, Bakıb uzaqlardan oldum ağların, Həsrəti dağ olan uca dağların, Billur sularıtək çağlarsan qürbət! Aldandıq verdiyin şavaşlarına, Girdik dolanışıq savaşlarına, Qıyırsan anamın göz yaşlarına, Gün olar sən özün ağlarsan qürbət! Vüslat gəlmir, günlər günə calanır, Dağlar dözə bilməz, insan dayanır. Qoyursan qazana, bağrımız yanır, Altından qalayıb buğlarsan qürbət! |