Çatanmır
Əhvalım qəmə nəzir
Bəxtim hələ kəm gəzir Yazan da cəza yazır Savablarla günahlar Ödənmir ki, ödənmir! Gecə uzun, can qəfəs, Himə bənddi bir nəfəs Ruhumdakı tənha kəs Gəlməsə də sabahlar Yatanmır ki, yatanmır! Eşq desəm göyə baxdım. Həsrətəm deyə baxdım. Gecətək saya bahtım. Dağlara gedən ahlar Çatanmır ki , çatanmır! Allahım, gör halımı! Aç gözümü, dilimi! Uzatsamda əlimi Dərvişi görən ruhlar Tutanmır ki, tutanmır! Dilarə Süleyman (nəzir-sadaka) |