Qurban
Gözün üstə qaşın var,
Varsa sanma başln var Dünya boyda işin var, Bacarana baş qurban! Daş var başdan dəyərli Qəlb təmiz, niyyət kirli Quru yandı həmyerli Ona oldu yaş qurban. Bu xəmirin suyu yox Su var amma quyu yox Müftə bişib , iyi yox Bu xəşilə diş qurban! Baş doludur cibsə boş, Dolu cibdən baş naxoş Dolu gəlsən bizə düş Bu qonağa aş qurban! Baş açmadım fələkdən Düz seçilmir kələkdən Təmiz idik mələkdən Kim bizi vermiş qurban? Dilarə Süleyman |