Yetər artıq
Özü ola bilməyən!
erməniyə qazını ver.... Yumruq ola bilməyən Araba da qızını ver.... Ağzını əy öz malına, Yanma Vətənin halına, Vədi şələlə dalına Bu millətə sözünü ver.... Əyin başın cırıq-cırıq, Üçüncü cins zatıqırıq! Avropalaşıb batırıq Arın gedib,ruzini ver... Bir irəli,beş geriyə, Kökəl ,sığışma dəriyə, Uşaq doymur ki ,kiriyə Çırp, sofranın tozunu ver... Atəşkəs bizi sintəldib, Günahlar gözü sintəldib, Yalanlar düzü sintəldib Tüpürməyə üzünü ver... Biz hörmətdən düşməmişik Hörmət düşüb bilməmişik, Utansaq da ölməmişik, Ver,şəhidin yüzünü ver. Beləcə düşdük axara, Xainlər çıxmış axıra, Bunca açılmış paxıra Nəzir elə ,azını ver. Adətini dəyişdilər, Təhsilinə dağ biçdilər, Torpağını bölüşdülər, Dilini ver,yazını ver... Oyanmağa yox halımız, Qayıtmağa yox yolumuz, Talanmağa yox malımız Verə-verə ,özünü ver.... Zatırıq-soysuz Adət-törə dağ biçmek-mahv etmək Sintəltmək-arsızlaştlrmak |
Biz hörmətdən düşməmişik
Hörmət düşüb bilməmişik,
Utansaq da ölməmişik,
Ver,şəhidin yüzünü ver.
Beləcə düşdük axara,
Xainlər çıxmış axıra,
Bunca açılmış paxıra
Nəzir elə ,azını ver.
milli ve manevi duyguların şiiirde yansıması güzeldi
tebrik ederim.
selam ve dua ile