Türkiyede iftiraya uğratılan Mübariz bəyə Allahdan yardım dilerim
Qoca şiri təslim etmə çaqqala,
Mübariz olmağın bədəli ağır, Qoyma haqq azala, şər, nahaq qala, Vətən, qalx Mübarizinə arxa dur! El üçün ağlayan göz kor olarmış, Fitnə zəncir olub qolunu sarmış, Sapı özümüzdən baltalar vurmuş Vətən , qalx Mübarizinə arxa dur! Adını tarixə yazmaq çətindi, Demə ki taleyi pozmaq çətindi! Bunca xəyanətə dözmək çətindi Vətən, qalx Mübarizinə arxa dur! Qanını, malını qurd basıb yedi, Bu xalq ömür boyu hey susub -dedi, Xəzinə üstündə ol kasıb -dedi, Vətən, qalx Mübarizinə arxa dur! Xalqı soyan yağ yeyərək yağlanır, Xeyir gələn qapı zorla bağlanır, Mübarizlər gedir, ürək dağlanır, Vətən , qalx Mübarizinə arxa dur! Bir Mübariz şəhid düşdü düşmənə, İkincisin versən ar olar sənə! Oğlunu buraxma xain əlinə, Vətən, qalx Mübarizinə arxa dur! Yaraşmır çal-çağır, bayramlar sənə, Düşmüsən fitnəli yad hiyləsinə, Hay ver Mübarizin kər kəlməsinə Vətən, qalx Mübarizinə arxa dur! Ya da yat qəflətdə beləcə məzlum! Hər şeyi seyr edib gözlərini yum! Ayaqlansan s ə ni kim durdurar, kim? Vətən, qalx Mübarizinə arxa dur! Susayıb qanına çaqqal sürüsü, Üstlərdə maskadır qurdun dərisi, Batırılır haqqın azalan səsi Vətən, qalx Mübarizinə arxa dur! Bəxtiyarın ruhu narahat, küskün, Xəlilin , Məmmədin üsyanı üzgün, Ya əzil, ya birləş, yumruq ol bugün, Vətən, qalx Mübarizinə arxa dur! Dilarə Süleyman |
güzel bir şiirdi.tebrikler