evde kala biliyomu yoksul
Təpik sənə dəydi,yenə də sənə,
Həm suçlu,həm güclü ola bilmədin Evində qəpiyin qurtardı yenə Balana çörəyi ala bilmədin Can kasıb,evində qala bilmədin? Ustasan,fəhləsən,təmizlikçisən, Kim duyar dərdini dünyaya desən? Limit,kirayədə,kreditdəsən Yaşaya bilmədin,ölə bilmədin, Can kasıb,evində qala bilmədin? Zənbillə dərmanı alırsan baha, Canın boğazına yığılıb daha, Ümidin qalıbdır ancaq Allaha, Hər kəsin yoluna gələ bilmədin? Can kasıb,evində qala bilmədin? Batman ilə gələr dərd də gələndə, Ağlarsan el-aləm sənə güləndə, Hamı öz canının qədrini biləndə Qurban gedən oldun,bilə bilmədin Can kasıb evində qala bilmədin? Çıxma çölə ,evdə daşı qaynat iç Dəyərin olmadı,olmayacaq heç, Nəyin var verəsən?Cərimədən qaç, Qiymətlər də qalxır hələ,bilmədin, Can kasıb,evində qala bilmədin? Düşmüsən tələyə ,dara,sınağa, Tək sənə zor gələr qanun,qadağa, Nə geri yol vardır,nə də qabağa, Haqqın necə gəlsin dilə,bilmədin, Can kasıb evində qala bilmədin? Aptekdə maska yox,onsuz icazə, Di otur başına gəlibdir qəza, Evdə aclıq gözlər,bayırda cəza Necə verəcəksən yola bilmədin, Can kasıb,evində qala bilmədin! Dilarə Süleyman |