QIFILBƏND
Bir quşum var, kor yaranıb, gözü yox,
Gecə-gündüz o vurnuxar, çavalar. Qəfəsdədi, imkanı yox uçmağa, Yaşamağı tələb edər, davalar. Bəzən həlim, bəzən qatı hal olar, Bəzən sevər, bəzən küsüb lap solar. Dayanmadan hey boşalar, hey dolar, Tonlar ilə öz yükünü qovalar. Əflatunam deyim, mötəbər durub, Öz işini sahmanlayıb, düz qurub. Elə yerdə məskən salıb, oturub, İsti-soyuq, təsir etməz havalar. |
Emeğine yüreğine sağlık
__________________________________Selamlar