GƏLƏR
Hər adamın öz ruzisi,
Kim istəsə azdan gələr. Ömrün yayı, payız-qışı Əzəl başdan, yazdan gələr. Hər xoş arzu, gözəl niyyət, Mehribanlıq, insaniyyət, Ədəb-ərkan, mədəniyyət Dildə şirin sözdən gələr. Bacaranda haqqı qoru, Asan olar işin zoru. İlahinin gözəl nuru Daim gülən üzdən gələr. Anlamazın başı sərin, Necə deyim kəm-kəsərin? Ağılsızın, gicbəsərin Sorağı hey düzdən gələr. Ay Əflatun, sözdü varın, De, bilsinlər xeyir-karın. Xasiyyəti adamların Kök-zatından, öz-dən gələr. |
Yüreğine emeğine sağlık usta
______________________________________Selamlar