Gözlərində
Sən ümmansan, gəmiləri
Batırmısan gözlərində. Ay insafsız, xəzinəni Yatırmısan gözlərində. Gözdən nəzər diləndirmə, Həsrətinlə gölləndirmə, Bu dalğını dilləndirmə, İtirmisən gözlərində. Naz satıb canı almısan, Ahımdan razı qalmısan? Elə dərinə salmısan, Batırmısan gözlərində. Dilarəni duy sözündən, Kədər silinsin üzündən, Sən bu dünyanı gözündən Gətirmisən gözlərində. |
“Mutlu olmanın en garantili yolu bir başkasını mutlu etmektir”…
...........................................Saygı ve selamlar..