Bu şehir
İkimizə bu şəhərin yeri yox,
Ya sən çıx get,ya mən gedim ,əzizim! Bir bağışla hesabıyla uduzduq, Nə sən dedin,nə mən dedim,əzizim! Çəkə -çəkə bu dünyanın dərdini, Yazanmadıq sevgimizin ardını, Söz vermişdik biləcəydik qədrini, Nə sən bildin,nə mən bildim ,əzizim! Bu şəhərin havası nə ağırmış, Günəş sanki əvvəl fərqli doğurmuş, Buludlardan gözlərimə yağırmış, Nə sən sildin,nə mən sildim,əzizim! Bu şəhərin nə günahı var indi? Bu düşdüyüm həsrət elə dərindi! Ürəklərdə boş qalıbdı yer indi, Ya sən öldün,ya mən öldüm ,əzizim! Dilarəni sevinci qəm dadında, Bu dünyanı bitirmişəm adında, Çoxu kimi bu şəhərin yadında, Nə sən qaldın,nə mən qaldım,əzizim! |
BU ŞEHİR BİZİM ŞEHİR
...........................................Saygı ve selamlar..