Kavuşmayak💗🌸🌸Kesecekler
Kavuşmayak biz
Mən sənə özgəyəm,sən içimdəki, dəli dalğaların şırıltısısan, Mən qış günəşinə yenik tumurcuq, Sən baharda günəş parıltısısan, Necə də fərqliyik deyilmi gülüm? Gəl qovuşmayaq biz,başına dönüm! Susuz,cadarlanmış torpaq ümidim, Saralmış,qurumuş yarpaq ümidim, Boz səhralar kimi çılpaq ümidim, Bir də göyərəcək mən necə bilim? Gəl biz qovuşmayaq başına dönüm! Köhnə evdən qopan daşın ömrüyəm, Yuvasız bir körpə quşun ömrüyəm, Çovğunlu,ayazlı qışın ömrüyəm, Qarın bəyazıdır bu parlaq halım, Gəl biz qovuşmayaq,başına dönüm! Xatirələr qalsın sevgidən geri, Adınla başlayım hər bir əsəri, Bir gün sönəcəksə gözümün fəri, Yadında bu gözəl halımda qalım, Gəl biz qovuşmayaq,başına dönüm! Dilarə yağışda torpaq qoxusu, Gözündə ol daha şirin yuxusu, Ikimiz bir dağın qarşı yaxası, Zirvəmiz eynidir,ayrıdır yolum, Gəl biz qovuşmayaq,başına dönüm! Kesecekler Dilim mənlə qanlıbıçaq, Dilimi kəsəcəklər... Ömrümdür alayarımçıq, Ilimi kəsəcəklər. Sanırlar ki ,bəyənmirəm, Ürək dolu,deyənmirəm, Halalımı yeyənmirəm, Əlimi kəsəcəklər! Nə çalsalar oynayırıq Yağa düşdük ,qaynayırıq, yerimizdə yol sayırıq, Yolumu kəsəcəklər. Dosta can dedim boşuna, Gəlməm kimsənin xoşuna, Sağım yaradı işinə Solumu kəsəcəklər. Susa-susa döndüm daşa, Boşa düşdüm bərkə-boşa, Barı gələ ,halallaşa Halımı kəsəcəklər? Gec anladım varı,yoxu, Gözlərimdən düşdü çoxu, Dilarə ,hökmümü oxu, Ölümü kəsəcəklər. |