Dözüm
özümüzdən yola çıxıb,
Yol alıb haqqa gedirik, Köhnə adətləri yıxıb, Çıxarıb hoqqa gedirik. Ona-buna daş atarıq, Baş dəyəcək yad daşına, Haqdan uzaq haqlılarıq Yaşayırıq özbaşına. Özgə yolun tuta-tuta, Çıxdıq imanın izindən, Haqqa haram qata-qata, Düşdük Tanrının gözündən. Neyləsək tapmarıq huzur, Nəfsimiz ki mırıldayır, Gözümüz nə yaman acdır, Qarından bərk quruldayır. Hamının ürəyi təmiz, Hamının əməli pakdı, Haqqa bəlli niyyətimiz, Vicdan bizə ağır yükdü. Doğru sözə dilimiz lal, Haraylara koruq,karıq, Yuxularda qurub xəyal, Biz ki sözdə fədakarıq. Təhsili pulla satırıq, Ərzağa zəhər qatırıq, Qəflət içində yatırıq, Günbəgün belə batırıq, Boğuluruq faizdə biz, Borc içində üzək hələ, Dilarə,nə üz var,nə diz, Sürünərək dözək belə. |
Ərzağa zəhər qatırıq,
Qəflət içində yatırıq,
Günbəgün belə batırıq,
Qelemin susmasın usta
___________________________Salamlar