Bağışlamağa dəyər!💜 Səni sevmək.
Xeyirlisi.....deyib bəzən
Şərdisə əl üzəcəksən Öz xoşunla yaranmısan?!! Dözəcəksən,dözəcəksən.... Sanırsan ki ,qırılmamış Qıranları kəsəcəksən??? Çətin olsa belə əgər... Bagışlamaga dəyər........ Bəzən gülən bir göz içün Bəzən bircə xoş söz üçün Çox yoxsa da bir az üçün Yaşamaga ümid yetər.... Bagışlamaga dəyər...... SƏNİ SEVMƏK Səni sevmək gözəldir..... Tökülən yarpaqların bahar həsrəti kimi, Qar altından nərgizin həyata atılmağa olan cürəti kimi. Səni sevmək gözəldir.... Səhər təmiz havanı ciyərə çəkmək kimi, Bənövşətək utanıb günəş təbəssümündən Boynunu bükmək kimi. Sən necə möhtəşəmsən! Sevmək səntək gözəlsə, Sən hər kəsdən gözəlsən! Səni sevmək gözəldir.... Ruhumun səmalara ucaldığı yerdəsən, Sənin yanında hər şey necə cılız görünür! Xəyalda ya röyada ,nə fərqi var hardasan! Sən bəlkə gözümdəsən? Hara baxsam ordasan! Səni sevmək bir sehir... Səni sevmək möcüzəm, Səni sevmək gözəldir Qarşısında acizəm! Adını söyləməyə dilim səndən utanır, Nanə yarpağı kimi səsin titrədir məni, Səni sevsin deyəmi Allah yaşadır məni? Səni sevmək gözəldir.. Sevmək deyildir asan, Səni sevmək gözəlsə, Sən sevgidən gözəlsən! |