Mənə Günəş deme.💌 KadınMənə Günəş demə... Günəşin canı çox yanır Sənin gördüyün nədir!? Dünyamı işıqlanır? Mənə dərya demə... Dibi qaranlıq, çırpındığı sahilin lal daşlarıdır Dalğalar oxşayır gözünü bəlkə Dəryalar buludun göz yaşlarıdır... Üfüq boyananda qızıl libasa Bir dəli ah çəkər kimsə, hardasa Baxdığın dərələr, o uçurumlar Bəlkə də ömrümün yoxuşlarıdır.. Gecələr sükutum, payız hisslərim tökülən yarpaqlar ümidlərimdi Gözünə dikilmir bəlkə gözlərim O səni izləyən, səni axtaran Bu dəli ruhumun baxışlarıdır....... QADIN Qadınlar siqaret çəkməz! Qadın dərd çəkər, həsrət çəkər Nə o işdən əl çəkər, nə iş ondan əl çəkər Daim qəlbi nigaran, daim gözü yol çəkər Qadın şamdır, gizlində asta-asta əriyər İşıqlanar ömürlər Bəzən sönər o vaxtsız, bəzən neçə il çəkər! Qadın bitməyən kitab Verilməyən dəyərdir Bəs necə gətirir tab Solduqca ləçəkləri Başqa qönçə göyərdir!? Belə incə xəzanı Başqa hansı gül çəkər?! Qadın aynadır şəffaf Yaxşı bax sən özünə! Əlini çəksən ondan Çəkməyi bilən qadın YAŞAMAQDAN ƏL ÇƏKƏR! |