Ramazan
Allahın şəfqətidir, nemət ayıdır Ramazan.
Nicə hikmətlə dolu Tanrı payıdır Ramazan. Ey halala haram qatan, yağlı yeyib şirin yatan, Barı yoxsuldan utan, şəfqət ayıdır Ramazan. Doldurub torba kimi qarnına zülm eyləmə sən, Gözü tox saxlamağa nəfsi uyudur Ramazan. Sordunmu əhvalını qonşudakı çarəsizin? Təzələr yaddaşını, hər il qayıdır Ramazan. Gözünacsa nə gərək mədəni ac saxlamağın, Ürəyin çirkli qalıb, mədəni yudu Ramazan. Kəsilir baş, tökülür yaş,qalıb ümmət yalavac, Sanma sadəcə günah yumaq çayıdır Ramazan. Sənə ağır gələr aclıq kiminin taleyidir, Dilarə, ruhun üçün ömür boyudur Ramazan. |
Mubarek Ramazanınız Bereketli olsun…
Kutlarım…
.................................. Saygı ve Selamlar..