Türkün mənDostum Ramin Dəryaya Salam olsun mənim şair dostuma, Bilirsənmi dünya durub qəsdimə, Ey Türk oğlu düşməninə bəs demə, Zənn etmə ki kafirlərdən hürkəm mən, Ağ Hunam ,Oguzam, əski Türkəm mən! Allahdan aldığım ilhamla, güclə, Gahdan ,,İç Ox Uzla"gah ,,Dış Ox Uzla" Sivri qalxan ilə əyri qılıncla, Yağıya qəddaram, ona görkəm mən, Ağ Hunam ,Oguzam, əski Türkəm mən! Tarixin yükünü çəkməz dəvələr, Ey qoç babalardan miras nəvələr, Kafirlər görürlər, yenə görsünlər, Elə əvvəlki tək yenə ötkəm mən, Ağ Hunam, Oguzam ,əski Türkəm mən! Tarixə adını yazmış və yazır, Qılıncla düşmənin məzarın qazır, Şəhadət şərbətin içməyə hazır, Bil, nə sonuncuyam ,nə də ilkəm mən , Ağ Hunam ,Oguzam ,əski Türkəm mən! İlk məskən sayılır Ana ÖTÜKƏN, Tarixi imzayla böyük köç edən, Otuz min çinliylə təkcə cəng edən, O türk əsgəriyəm, qolu bərkəm mən, Ağ Hunam ,Oguzam ,əski Türkəm mən! “Tanrinin qirmancı” Atilla hanı? Ey çaqqal sürüsü yerini tanı, Qorxutmaz bizləri döyüş meydanı. Tarixən vüqarlı başı dikəm mən, Ağ Hunam, Oguzam ,əski Türkəm mən! Dövlətlər qurmuşuq vaxtla, zamanla Sən ey cahil insan, gəl bunu anla. Tarixlər yazmışıq qılıncla, qanla, Coğrafi məkanım ,elim ,bölgəm ,mən, Ağ Hunam, Oguzam ,əski Türkəm mən! Əyməz Zülfüqarı qanlar ,qadalar Döyüş meydanında ölər, ad alar. Düşmənin başına yanar od olar, Gərilən əsəbim ,övkəm ,hikkəm ,mən, Ağ Hunam ,Oguzam ,əski Türkəm mən! Fərid Muradzadə |
"NE MUTLU TÜRKÜM DİYENE"...
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..