Gedirəm
Ruhum göyün ,cismim sənin
Dünya, əmanət,gedirəm. Dönəcəyəm Məşhər günü, Verib, zəmanət gedirəm. Yumaq kimi büküləcəm, İmtahana çəkiləcəm, Ölüb yenə diriləcəm, Özgə nə hacət, gedirəm. Kitab təsdiq edir bunu, Hər bir şeyin var bir sonu, Təhvil verdim cismi, canı Vardır kəramət ,gedirəm. Yetdi məqami-Əzrail, O mələkmi, yoxsa qatil? Sən bilməzsən, dili-qafil, Özgədir halət, gedirəm. Həmdü-səna Allahıma, Üz tutdum qibləgahıma, Əl uzatdım dərgahına, Edər mərhəmət, gedirəm. Fərid Muradzadə |
Mubarek Ramazanınız Bereketli olsun…
Kutlarım…
.................................................... Saygı ve selamlar..