Təbrizə sarıYenə dəli könlüm havalanıbdır, Yeni arzularım qatarlanıbdlr, Yenə xəyallarım qanadlanıbdır, Uçur Savalandan Təbrizə sarı. Təbriz, yüzillərdir yaşayan şəhər, Sıxıb inildətmiş onu fitnələr, Təbriz sevdasıyla dolan könüllər, Uçur Savalandan Təbrizə sarı. Çoban bayatısı qəm nəğməsidir, Bu ki Xançobanın ah-naləsidir, İkiyə bölünmüş Vətən səsidir, Uçur Savalandan Təbrizə sarı. Qalmasın deyirəm, yarım arzular, Səndən bir ricam var, bir istəyim var, Əs ey səba yeli ,məni də apar Uçur, Savalandan Təbrizə sarı. İntiqam çağının zaman sevdası, Türkün savaş ruhu, ozan sevdası, Quzeydən Güneyə Turan sevdası, Uçur Savalandan Təbrizə sarı. Fərid Muradzadə |