SONET
İnsanın duyğuları inamına bağlıdır,
Duyğusuz insan ömrü mənalı ola bilməz. İnamsız insanların həyatı da mənasız, Firavan yaşasa da, könüldə qala bilməz. Sevgiylə yaranıbdır duyğu da, düşüncə də, Sevgisi olmayanlar qaya kimi, daş kimi. Həyat da gözəlləşir inam sağlam olanda, Xoşbəxtlik qanad açır pərvazlanan quş kimi. Biz qoruyaq inamı sevginin gücü ilə, Ömrümüzü bənzədək təzə açılmış gülə, Olmayaq yel sovuran xəzan yarpağı təki. Məhəbbət ülvi hissdir, insana dayaq duran, Mənəviyyat təmizdir, ucaldaq onu hər an, Tapdaq altda qalmasın şoran torpağı təki. 11.03.2019. |
Yüreğine emeğine sağlık
____________________________Selamlar