KÖNLÜM
Niyə qəmli dayanıbsan,
Hanı bəxtin dəmi, könlüm? Yüz fikir bir borc ödəmir, Faydasızdır həmi, könlüm. Dünya özü elə dərddir, Bu dərdlərə dözən mərddir. Qəmin üzü elə sərtdir, Olmayacaq kəmi, könlüm. Həqiqətdən olma kənar, Haqqı dildə eylə şüar. Hər dərdin öz çarəsi var, Tapılacaq çəmi, könlüm. Əflatundan eşit qağa, Gedək allı-güllü bağa. Üzümüzə günəş doğa, Unudaq dərd-qəmi, könlüm. |
Tebrikler üstadım...Şiirinizi okuyunca dert-gamı unutmak nemümkün...Selam ve saygılarımla...