ZƏNG ELƏ DANIŞAQ HƏRDƏN ARABİR
Yalandan nəsə də araya söz sal,
Demirəm, xəyala bütün günü dal. Düşərsə fürsətin telefonu al, Zəng elə danışaq hərdən arabir. Titrət ürəyimi duyduqca səsin, Bəhanə tapginən, "Özgə bir kəsin Yığdığım başqaydı", xətt kəsilməsin Zəng elə danışaq hərdən arabir. Demirəm, keçmişə qayıdaq bir də, Onzus da izlərin qalıb ürəkdə. Sən başqa şəhərdə,mən başqa yerdə Zəng elə danışaq hərdən arabir. Dünyaya etibar yoxdur ki qalaq, Daha bir-birimizdən halallıq alaq, Dost kimi danışaq dost tək ayrılaq, Zəng elə danışaq hərdən arabir.! MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |