MƏHƏBBƏTİMSƏN
Dilimdən heç zaman düşməyir adın,
Könlümün şahı da, sultanı da sən. Heç vaxt bükülməsin qolun-qanadın, Ömrümün xoş keçən hər anı da sən! Gözümü yollara dikmişdim bir vaxt, Məni sevindirdin öz gəlişinlə. Axır ki üzümə güldü tale, bəxt Oxşadın ruhumu avand işinlə... Asılıb durmuşam baxılarından, Axtarıb tapdığım odum-közümsən. Sübh çağı üfiqdə söküləndə dan, Mənə elə bilmişəm görən gözümsən... . Heyranam bal kimi söz-söhbətinə, Könlümü oxşayır eşqin, həvəsin, Dözərəm yolunda hər vaxt çətinə, Təki saf eşqimiz gözə gəlməsin! Sevdalı qəlbimdə eşqin bir inci, Bəxtim, səadətim, ülviyyətimsən. Sən mənim bəlkə də elə birinci, Bəlkə də sonuncu məhəhbbətimsən... SEYMUR SÖNMƏZ PAŞAYEV © |