SAÇLARININ HÖRÜYUNDƏN AS MƏNİ
SAÇLARININ HÖRÜYUNDƏN AS MƏNİ
Tükənməyən həm ağrımsan, həm acım, Qalmayıbdır daha tabım, əlacım. Axı, necə özgələrə əl açım, Sevmirsənsə ürəyindən poz məni! Nə vaxtdır ki qoşulmuram axına, Dərdim-qəmim bəlli deyil çoxuna... Sübhə yaxın əgər girsəm yuxuna, Get sulara üzünü tut, yoz məni! Zənn etmə ki bir sahilsiz dənizəm, Nə buludam, nə yağışam, nə izəm. Bircə onu bilirəm ki, sənsizəm, Kövrəlmişəm, gəl bağrına bas məni! Yerə-göyə sığışarmı de, ahım, Sənsiz bir də açılarmı sabahım? Ta nə deyim... əgər varsa günahım, Saçlarının hörüyündən as məni! SEYMUR SÖNMƏZ |
Bazı yerler tam anlaşılmıyor
Tabi bu sizin suçunuz değil
Diliniz öyle
Tebrikler.