BELKE YAZDIM BELKEDE YOX YA QİSMETSəndən uzaq tutmuşam ta fikrimi, Kövrək qəlbim bir gərilmiş sim kimi. Hərdən adını da qüssə-qəm kimi - Bəlkə pozdum, bəlkə də yox ya qismət! Çay olsaydım kükrəyəndə daşardım, Selə dönüb sahilləri aşardım... Bu sevgiyə həzin nəğmə qoşardım - Bəlkə yazdım, bəlkə də yox, ya qismət! Qəlb yumşalmaz taşırıqla, əmrlə, Nə işim var mənim daşla, dəmirlə? Surətini qaya üstə kömürlə - Bəlkə cızdım, bəlkə də yox ya qismət! Nə etməli... fürsət əldən çıxıbsa, Su durulmaz bulanaraq axıbsa... Bir yuxunu məni oda yaxıbsa - Bəlkə yozdum, bəlkə də yox, ya qismət! Sədaqətli bir övladam bu yurda, Yem deyiləm nə çaqqala, nə qurda... Niyə deyim, öz andımı axırda - Bəlkə pozdum, bəlkə də yox, ya qismət! Məcnun kimi tuş gəlsə də ələmə, Seymur Sönməz bənzəyərmi Kərəmə? Məhəbbət də bir ümmanmış heç demə - Bəlkə üzdüm, bəlkə də yox, ya qismət! MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |