GÖZLƏRİN DEYİRKİ VALLAH SEV MƏNİ
GÖZLƏRİN DEYİRKİ VALLAH SEV MƏNİ
İnsaf elə, məni bir də sınama, Eşqin hopub əzəl gündən qanıma. Elə bil od-alov düşüb canıma - Gözlərin deyirki,vallah sev məni! Əzizlədim qəlbimdə hər sözünü, Sinəm üstə həkk etmişəm izini. Peşimansansa “günahkar” bil özünü - Gözlərin deyirki,vallah sev məni! Məhəbbətdir mənim möhlət-amanım. Qoyma qəfil çatsın sona zamanım. Yoxdur səndən özgəsinə gümanım - Gözlərin deyirki,vallah sev məni! Ülvi eşqim ümman kimi çox dərin, Seymur deyir heç olmasın dərd-sərin. Sirrini gizlədə bilmir gözlərin - Gözlərin deyirki,vallah sev məni! MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |
Gözel şeirdi usta qelemin susmasın
_________________________Salam