Sevgilimin rəsmini çək
Rəssam, sevgilimin şəklini çəksən,
Elə çək, gözündə qəm görünməsin. Rəsminə kədəri yaxın qoyma sən, Hamı hünərinə qoy, əhsən desin. Gözündə bir damla yaş da olmasın, Çiyninə tökülsün siyah saçları. Çöhrəsi nur saçsın, rəngi solmasın, Uzansın əlləri vüsala sarı... Yollara dikməsin baxışlarını, Bir də can atmasın dərdlə savaşa. Gəzsin qeybə çıxmış naxışlarını, Arzusu, istəyi dəyməsin daşa. Arabir boylansın uzaq yollara, Görsə ki gəlirəm, gülsün ürəkdən. Həsrət dözümünü çəkməsin dara, Göz yaşı axmasın ovcuna dən-dən. Saçına sığal çək, fırçanla bir az, İncə vücuduna dəyməsin əlin. Oxunsun üzündən şirin bir avaz, Bir eşq ilahəsi olsun o, elin... Eşqimdən söz açsın rəsmin o qıza, Sənə dediklərim qoy gizli qalsın. Dönsün məhəbbətim şirin avaza, Sənin də şörhrətin göyə ucalsın!.. Müəllif: Seymur Sönməz Paşayev © |