Öləm qollarının arasında mən.
Hərdən sızıldayan yanıqlı diləm,
İstərəm səninlə danışıb güləm. Deyirəm həmişə yaşaya biləm, Gözünün ağında, qarasında mən. Sevgisiz göyərməz yarpaq da, dən də, Səsləsən heç zaman durmaram gendə. Özüm də bilirəm sənin sayəndə, Gəzirəm aşiqlər sırasında mən. Adın dilimdədir hər vədə, hər dəm, Əgər sən varsansa, tapmaz məni qəm. Səsləsən quş kimi uçub gələrəm, Olsam da dünyanın harasında mən. Ürəyim-canımsan, bunu, nə danım, Üzünə baxanda qaynayır qanım. Sənin gözlərindən keçib dayanım, Görəsən qəlbinin harasında mən? Eşqindir zirvədən gələn səsim də, Hər vaxt yamyaşılsan sən həvəsimdə. Deyirəm, nolaydı son nəfəsimdə Öləm qollarının arasında mən. MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV© |