OLMAZ-OLMAZ
Bir adam ki adamlığı bilməyə,
Onun sifətində nur olmaz-olmaz. Yalanı, böhtanı deyər qırmızı, Yoxlasan heç namus, ar olmaz-olmaz. Onun üz-gözünü şeytan yalayır, Hamını tikanlı sözlə dalayır. Özü öz canını oda qalayır, Demə ki qeyrəti var, olmaz-olmaz. El ilə şad olub, danışıb-gülməz, Bir yetim görəndə yaşını silməz, Böyüyün-kiçiyin yerini bilməz, Beləsi heç kimə yar olmaz-olmaz. Əflatun, sözünü sən eylə kəsə, Hər insan göstərər əsli nə isə. Qarğa qartal ilə girəmməz bəhsə, Tülək tərlan dönüb sar olmaz-olmaz. 28.08.2018. |
Olmaz almaz deme...
Hayatta her şey olur...
Beğendim...
Şiirimi okuduğunuz veya okuyacağınız için teşekkürler…
...........................................Saygı ve selamlar..