Cahil adam
Əqlimiz kəsmədi əqlün qədərin cahil adam
Ki, verək ayələrin düz xəbərin, cahil adam. Özünün bir sözü yox hey danışar molla ağız. Mənə göstər agılın varmı dərin cahil adam? Alimi üzdə mələk, mollası məsciddə kələk, Oxuyar lə’nətin həzrət Ömərin cahil adam. Niyə həzrət Ömərin ismini rəğbətlə dedin? Qusacaq üstüvə şahmar zəhərin cahil adam. Eyyubun səbrini aləmdə gəzən məndə tapar, Susaram keçsədə sərhəd çəpərin cahil adam. Molla qırxıb verəcək ayələri bayraq elə, Sora get al oxu Farsın əsərin cahil adam. Anarın elminə elmindən əta eylə Xuda, Sənin elmin ilə olmaz nökərin cahil adam. Müəllif: Anar Əhəd |
Dileğim Şiiriniz ve yürek sesiniz daima kutlu ve mutlu olsun...
ŞİİR’in huzur verdiğini öğrendik…
...........................................Selam ve saygılarla..