Cənnət
Dəftər vərəqin əl ilə bükmüş kimi insan,
Yetdikdə o gün göy üzün Allah bükəcəkdir, Yox şübhəsi vermiş sözün Allah, bükəcəkdir. Sonra yenə öz halına təkrar salacaqdır, Məxluqları əvvəl necə xəlq etdisə Allah. Varlıqları yoxluqluğa qərq etdisə Allah. Göydən yerə nazil nə kitab oldusa yazdıq, Bilsin ki ibadətdə Mənə xalis olanlar, Salehlərimizdir bu yerə varis olanlar. Bu ayələri nəzm ilə misralara düzdüm, Ey cənnəti mövcud bilən insan nə düşündün? Tərpətdimi Qur’an səni, heç azca üşündün? Ki, mujdəli cənnət hələ var etməyib Allah, Yoxdur belə xilqət, hələ var etməyib Allah. Sən zənn eliyirsən ki, bu yer yox olacaqdır, Allahsa deyir yer bizə ancaq qalacaqdır. Var et sora yox et, bu işin anlamı varmı? Tək anlamı nöqsan, o da Allahda olarmı? Ibrahim olan surəyə qırx səkkizə bir bax. Yernən, göyü Allah dəyişər, bax sözə bir bax! Həm yer dəyişər, həmdəki göylər deyir ayə. Allah nəyi neylər, necə eylər deyir ayə. Məhrum qalasan haq kitabından niyə insan?! Əzdim özümü haq tapasan sən diyə insan! Gəl düz yola əfsanəyə bənzərdən uzaq dur Aldanma yalan sözlərə hər vaxtı oyaq dur. Illər boyu lay-lay çalıb uydurma nağıllar, Insan əlinin yazdığı hər qurma nağıllar. Yatdın o nağıllarda yuxun çox dərin oldu, Hər molla danışdıqca sözün afərin oldu. Məndən sənə haqqın sözü etsin əsər artıq Allah yetirən ne’mətə göstər dəyər artıq. Bəsdir yetər artıq. Et bir həzər artıq. Haqqın yolun Haqdan, Al sən xəbər artıq. Müəllif: Anar Əhəd Ayələr ənbiya surəsinin 104, 105 ci ayələri |
"CENNET" isimli şiirinizi haz alarak okudum ve beğendim...
ŞİİR’in huzur verdiğini öğrendik…
...........................................Selam ve saygılarla..