Islamın halı
Özünə Mehdi deyən.
Baxıram cismimə hər gün görürəm xeyli nişan. Bu nişanlar ola bilməz ki, ola zənni güman. Necə inkar eliyim, gözdə görür yoxdu yalan. Ləkə reyhan xalımı köksümə çəkmiş Yaradan. Bu xalım Mehdiliyin hissiyatın qoydu yaman. Bu səbəbdən də gümannan yaşadım xeyli zaman. Bir tərəfdən yuxular qəlbi sıxır, vermir aman. Çıx zühur eylə deyir aləmə day qalma nihan. Gecə yatdım yuxu gördüm mənə haqq oldu əyan. Yuxudan bildiyimi bilməlidir cümlə cahan. Eşid ey cümlə cahan vəd olunan Mehdi mənəm! Məni seçmiş Yaradan vəd olunan Mehdi mənəm! Şiə Yenə hardan əsəcək üstümüzə isti külək? Niyə susqun baxaraq daş ələmirsən ki, fələk? Bu gicin söhbəti cinnətdi məni, tutdu ürək, Çilə göydən başına daş kəsəyi biz də görək. Mehdi min dörd yüz il əvvəl açaraq bağda çiçək. Çəkilib qeybə bizi seyr eliyir, gəlmə kələk. Üç yüz on üç nəfərin yox, çıxaraq ekrana tək, Özünü yorma atam kim inanar, olma hələk. Nə başın üstə bulud var, nə bulud üstə mələk, Mehdisənsə buların olması mütləqdi gərək. Geyinib əyninə şalvar, hanı əmmamə çuxa? Nə qılıncın, nə atın var hanı əmmamə çuxa? Sünni Şiə qardaş nə coşursan dəli insanə görə? Sən gərək səbr edəsən Rəbbinə, Rəhmanə görə. O qədər Mehdi çıxıb, gərdişi - dövranə görə. Can fəşanlıq eliyib şöhrət ilə şanə görə. Buna baş qoşma yazıq xəstədi ad sanə görə. Özünü Mehdi sayır bir ləkə reyhanə görə. Belə insanların uydurduğu hədyanə görə, Mən önəm verməmişəm, tərsdi müsəlmanə görə. Gəl ki, biz fərqli inanc içrəyik imanə görə. Ama qardaşlığımız baqidi Qur’anə görə. Şiələr zənn eliyir Mehdi Irannan çıxacaq. Çün deyib rəhbəri Qumnan, Xorasannan çıxacaq. Şiə Sən mənim rəhbərimin haqqına girdün avara?! Mənə qardaş dediyin söz daş olub baş(u)vu yara. Vəhabi Bu nə qarğışdı edib pis eliyirsən bizi sən? Səni aləm tanıyır şirk eliyən rafizisən. Şiə Səni kim təşrif edib ay Yezidin baş nəvəsi? Xəbrin varmı ki, sənsən bu dinin üz ləkəsi? Israil və Amerika - Necədir fitnə, fəsad ? zəhmətimin bəhrəsidir. - Yox əziz dost, bu bizim bəstəmizin nəğməsidir. - Yox əşi yox, bu vəhabi bağımın meyvəsidir. - Sünnü Türkdür, o bizim bağçamızın körpəsidir. - Şiənin mollaları səhnəmizin pərdəsidir. - Harda insan əzilir qollarımın qüvvəsidir. - Qara günlər ki, çöküb əllərimin kölgəsidir. Hələ gördükləriniz fitnəmizin zərrəsidir. _ _ _ _ _ Zalimin zülmü üçün hər gecə Allah qınayan! Bu ki, Qur’andan uzaq qalmağıvun səhnəsidir Müəllif: Anar Əhəd |