QORU
İlahi, bu milləti
Şeytan şərindən qoru. Hamı bilir haradı, Zəif yerindən qoru. Qocası xəriflənir, Cavanı həriflənir. Yalanı təriflənir, Biri-birindən qoru. Varlısı ad-san gəzir, Kasıb həyatdan bezir. Ürəkləri dərd üzür, Qəlbi sərindən qoru. Sənə əl açıb düzü, Əflatun deyir sözü. Kimdi qoruyan bizi? Özün dərindən qoru. 14.07.2018. |
AMİN AMİN AMİN...
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..