YÜKÜM
Naşı adam nə biləcək, sirri-nihandı yüküm,
Ariflərə bəlli olar, bir-bir bəyandı yüküm. Anlamaza ləli versən, bilməz qədir-qiymətin, Söz qanana canım qurban, ona əyandı yüküm. Yenə qəlbim alovlandı, atəşə düşdüm yaman, Çox çəkmişəm mən həsrəti, sevdadayam hər zaman. Söz bazarım tüğyan edir, gəlsin ondan pay uman, Eşqə kiriftar olana yarü-həyandı yüküm. Eşidəndə ustad sözü, xoş kəlama mailəm, Əflatunam, həqiqətin yollarında sailəm. Yaradanım nə veribsə, qismətimə qailəm, Haqqın özü qınılğasa, ona uyandı yüküm. 11.02.2018. |
Kalemin susmasın
____________________________Selamlar