TAMAŞA
Haqdan yerə əmri-fərman gələndə,
Cana qayğı dolandadı tamaşa. Əzrayılın çəngəlini görəndə, Gül irənglər solandadı tamaşa. "Mənəm" deyib, yekələnmə heç zaman, Ölüm tutub təpinəcək çox yaman. Vaxt gələndə verməyəcək bir aman, Hesab-kitab olandadı tamaşa. Çox yapışma bu dünyanın malına, Uyma onun hiyləsinə, alına. Ay Əflatun, kim yanacaq halına, Verdiyini alandadı tamaşa. 9.02.2018. |
Kalemin susmasın
_____________________________Selamlar