İNANMA
Könlüm, sənə bir nəsihət eyləyim,
Şirin dilə, gülən üzə inanma. Salar səni çox cəfaya, odlara, Hər deyilən yağlı sözə inanma. Öz yolunu tanı özün, mərd yeri, Baxma sağ-soluna, irəli-geri. Söz çıxarar sözdən boşboğaz biri, Eyləyər ağzında məzə, inanma. Özün öyər, başqasını bəyənməz, Dili gəlib dostu dosta öyəmməz. Üzü tutub kişi kimi deyəmməz, Elə dostdan gələn düzə inanma. Əflatunam, mən deyərəm ürəkdən, Tavan olmaz dibi çürük dirəkdən. Ar eyləyə kəsdiyimiz çörəkdən, Həyalana, şərdən bezə, inanma. |