YANDIRIR
Dərd bir olsa əlacına nə var ki,
Gün keçdikcə dönür dağa, yandırır. İstəyirəm bir qurtarım əlindən, Aman vermir göz açmağa, yandırır. Çox çalışıb qəm-kədərdən qaçıram, Nəğmələrdən qanad taxıb uçuram. Aşiq ilə eşq badəsi içirəm, Atəş verir sola-sağa, yandırır. Üzüm gülür, içim isə narahat, Qəlbimdəki dərdi-bəla neçə qat. Ulu Tanrım, köməyimə özün çat, Odum düşüb daş-torpağa, yandırır. Əflatunun harayıdır bu haray, Könlüm olub qəm-kədərə bir saray. Misralarım qəmə yoldaş, mənə pay, Qələm saçır od varağa, yandırır. 23.05.2007. |
Sevgi kervanı sevda yükünü katar katar taşımakta...
Okuyarak Beğendim...
.......................................... Saygı ve Selamlar..