DÖRD GÖZƏLŞiirin hikayesini görmek için tıklayın (Sevda İbrahimli, Ulduz Azaflı, Telli Sənəm Borçalı və Dürdanə Abbaslının bir yerdə fotolarını görərkən)
Elə bil dünyaya bəzək yaranıb,
Dördü bir-birindən gözəl xanımlar. Dördünün də sirri birdi, sözü bir, Yığılsa bir yerə, yer cənnət olar. Aləm bilir əsli-zatın Ulduzun, Əzablıya nişan deyim, siz yazın. Tərifləri özündəndi bu qızın, Qıya baxsa görün neçə can alar. Adı dürdü, özü dürdü Dürdanə, Yaranmayıb belə dürlü dürdanə. Sözləridi bal misalı hər canə, Onun eşqi hər ürəyə od salar. Telli Sənəm el qızımdı, bilərəm, Uğuruna sevinərəm, gülərəm. Vallah, elə o öl desə, ölərəm, Yaddaşlarda quru adım, söz qalar. Mələklər də qibtə edər Sevdaya, Üzü bənzər həm günəşə, həm aya. Ay Əflatun, dözərsənmi bu haya, Bu söhbəti aləm bilər, el bilər. 20.07.2017. |
Okuyarak Beğendim...
Gönül hoşluğuyla Kutlarım..
.......................................... Saygı ve Selamlar..