KİŞİLİK
Hər kişiyə kişi demək olmur ki,
Kişilik qeyrətdi, kişilik ardı. Kişi var, kişi tək deyər sözünü, Kişi var, el-oba yanında xardı. Kişi var, hünərdə ər oğlu ərdi, Kişi var, başına ləçək yaraşır. Kişi var, namusu hərraca qoyub, Ac toyuq misalı dənə daraşır. Tanrı da sevibdi "Kişi" sözünü, Kişilik müqəddəs sözdü qanana. Hər oğul bu adı daşıya bilmir, Kişi də doğmur ki hər doğan ana. Allahdan verilən paydı kişilik, Bu adı qorumaq mərdin işidi. Gözü bir nöqtəyə baxmayanların, Zatı qırıqların adı kişidi. Haqqa-həqiqətə tən olar kişi, Kişi danışanda sözdən doyulmaz. Hər saza oynayan axmaq başlara, Ara qatanlara kişi deyilməz. 19.07.2017. |
Kutlarım...
........................... Saygı ve Selamlar.