1
Yorum
2
Beğeni
0,0
Puan
1120
Okunma
Hər üzə güləndən dost-sirdaş olmaz,
Dostun etibarı darda sınanar.
Kim ki öz dostuna müxənnət olsa,
El gözündən düşər, eldə qınanar.
Yaxşı dost tapılmaz hər addımbaşı,
Qəlbi xain olan tökdürər yaşı.
Niyyəti düz olan düz görər işi,
Çünki doğruluğu qanında olar.
Dost yolunda çəkdim çox əziyyəti,
Çoxundan görmədim halallıq qəti.
Əvəzsiz eyləsə kim mürüvvəti,
Əflatun o zaman dosta inanar!
18.07.2017.
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.