GÖZƏLLİK
Xor baxma gözəlin gözəlliyinə,
Allahdan verilən paydı gözəllik. Gecənin zülməti nəyə yarayar, Göydə parıldayan Aydı gözəllik. Yaradan yaradıb dünyanı gözəl, Dünyanın üzündə hər yanı gözəl, Çən-çiskini gözəl, dumanı gözəl, Qədir bilməyənə vaydı gözəllik. Əflatun, gözəli daima vəsf et, Ona tərif demək olmayıb bidət. Nə gözəl xəlq edib Qadiri-Qüdrət, Huriyə, pəriyə taydı gözəllik. 19.06.2017. |