AY QADASIŞiirin hikayesini görmek için tıklayın Mənim gözəllərə yazdığım tərifnamə şerlər bəzi "şair"lərin xoşuna gəlmir.
Gözəllərə tərif demək
Günah olmaz ay qadası. Heç kəs kifir, pis əntərə Nəzər salmaz ay qadası. Nöqsan olmaz mənə sözüm, Bəlli yolum, bəlli izim. Haqqa baxar iki gözüm, Yolda qalmaz ay qadası. Sərraf verər düz qiyməti, Nadan bilməz yüz qiyməti. Var hərənin öz qiyməti, Yersiz almaz ay qadası. Qadağa yox şirin dilə, Arif gərək məna bilə. Allah nəzər salsa gülə, Açan solmaz ay qadası. Ay Əflatun, o bağrı daş, Ağlı xəstə, özü naxoş, Qəlbi söngün, ürəyi boş, Haqqı bulmaz ay qadası. 19.06.2017. |