A BƏDNİYYƏT
Gözəllikdə xata gəzmə,
Xatakarsan a bədniyyət. Yaxşıları əzib-büzmə, Xatakarsan a bədniyyət. Gözüm görür, dilim deyir, Gözəlliyə hərdən şeir. Bacarırsan, eylə seyir, Xatakarsan a bədniyyət. Könül verdim gözəlliyə, Dilim nəğmə deyə-deyə. İnsan gərək haqı öyə, Xatakarsan a bədniyyət. O, Tanrının əsəridir, Yaraşığı dürr-zəridir. Əflatunun əzbəridir, Xatakarsan a bədniyyət. 20.06.2017. |