Qeyb
Qeyb elmini Allahdı bilən, nokəri bilməz,
Çox ayəni barmaqladılar, əksəri bilməz. Bir ayə nişan göstərirəm aç oxu öyrən, / Əraf surəsi ayə 188 Bax gör necə söylər bizə xeyri, şəri bilməz. Cin surəsi söylər bizə aşkar açıq ayə, / Cin surəsi ayə 26 Aydındıkı heç bir bəşəri, çakəri bilməz. Lakin deyərək yer qoyub Allah iki yerdə, / Cin 27 / Ali İmran 179 Yə’ni ona bildirməsə peyğəmbəri bilməz. Qeybin bu qədər ayəsi Qur’anda olarkən, O Mehdi görən Şiələrin rəhbəri bilməz? Haqqın sözü Qur’anda bizə nur kimi parlar, Ümmətsə tutub müctehidi, ülkəri bilməz. Sən ayəni izhar elə batillər önündə, Səbr et, və Anar bil ki, bu insan zəri bilməz. Müəllif: Anar Əhəd |