QOŞMA
Elə bil indicə canım alacaq,
Allah, bu boylanan gözə bax, gözə. Lalələr utanır öz allığından, Ətrafa nur saçan üzə bax, üzə. Qulac saçlarını çiyninə töküb, Min güldən-çiçəkdən şirəmi çəkib? Yaralı maral tək boynunu büküb, Oğrun-oğrun baxan qıza bax, qıza. Əflatunu eşq oduna daldırır, Zalım qızı ortaya qan saldırır. İşvəsi-qəmzəsi adam öldürür, Hərdən eylədiyi naza bax, naza. 27.05.2017. |
Tebrikler üstadım.