İsteme...
Istəmə...
Baxışla vurub yara,yaralıdan can istəmə, Gülüşlə yandıraraq,eşqinə canan istəmə. Eşq odur aşiqinin sevda ilə könlün ala, Qəsdimə durub eşqim eyləyib viran istəmə. Öldürüb işvə-nazın əğyara güldürdü məni, Səbəbkar sən özünsən,bu eşqə divan istəmə. Eşqinlə sevdan elə qəlbimdə öz yerin salıb, Mənə minnət eyləyib sözlərlə məkan istəmə. Düşünüb anla ki sən,bir qərib öz aşiqin var, Salıb sıxma-boğmaya sən eşqə həyan istəmə. Bayram,bu eşq bəlasın çək eşqin hamar yoluna, Anla ki eşq dəyərin,başqa bir ceyran istəmə... 2015. |
HAYIRLI İŞLER...
........................................ Saygı ve Selamlar..