2
Yorum
2
Beğeni
5,0
Puan
580
Okunma
Inanma
Həyat qəliz, insan tamah aşiqi,
Vəd verilən hər bir sözə inanma.
Könül istər göz gördüyü nəfislə,
İti nəfis, həris gözə inanma.
Nala-mıxa vurma sözü əzərək,
Rəbbim verən qismətindən küsərək,
Ömür-günü uzatmağı gəzərək,
Əcəl gələr, əlli, yüzə inanma.
Dil aşiqin bu həyatda sayı çox,
Aldadanın aldadandan payı çox,
Haramlığın sədasında vayı çox,
Bunların andında düzə inanma.
Dost deyərək ürəyinə işləyən,
Arxandasa əl-ayağın dişləyən,
Addımının izlərini izləyən
Sırtıq olan yaltaq üzə inanma.
Bayram, həyat şeytanların dövranı,
Vampirlər içirlər müsəlman qanı,
İnsanlığa çoxdur haçlı ziyanı,
İstəsələr haqqı çözə, inanma...
5.0
100% (1)