Bu günüm keçdi heder...
Bu günüm keçdi hədər...
Yenə naz eylədin ey yar bu günüm keçdi hədər, Nazına dözəmməyib qəlb heç nədən çəkdi kədər. Günahım söylə nədir ey qəlbim sıxıb buraxan, Bu qədər etmə sitəm,dözəmmirəm nazın yetər. Bu hala düşməyimin eşqdəki sevda gücüdür, Sevdamın bil dəyərin bilməsən qəlbini didər. Demişdim nazına mən bir daha qısqanmayacam, Baxmadı qəlb sözümə qısqandı əzəldən betər. Bayramın eşqi aşkar salma zalım intizara, Eşqi qəlbdə göyərib sevdalı bir barı bitər. 2017. |
Şiirin konusu ne olursa olsun, ele alınan konuyu anlatış şahane…
Kutlarım…
……………………………….. Saygı ve Selamlar…